BÖCƏKLƏRDƏKİ AERODİNAMİK QURULUŞ

Böcəklər uçarkən orta hesabla saniyədə bir neçə yüz dəfə qanad çırpır. Hətta qanadlarını saniyədə 600 dəfə çırpa bilən böcəklər də var. Bir saniyə ərzində bu qədər hərəkətin, bundan əlavə qeyri-adi dərəcədə həssaslıqla qurulmuş bu dizaynın texnoloji cəhətdən təqlid edilməsi qeyri-mümkündür.

Kaliforniya Universitetində biologiya üzrə professor olan Michael Dickinson və yoldaşlarının meyvə ağcaqanadlarının uçuş texnikasını təqlid edə bilmək üçün hazırladıqları robot meyvə ağcaqanadından 100 dəfə daha böyükdür və ancaq mində bir sürətlə qanad açıb bağlaya bilir. Hətta hər beş saniyədə bir qanadını hərəkət etdirən robot ağcaqanadın bu hərəkəti edə bilməsi üçün 6 fərqli mühərrikdən istifadə edir.


http://us1.harunyahya.com/Image/manzara/meyve_sinegi1.jpg


Elm adamları illərlə böcəklərin qanad çırpma hərəkətlərinin incəliklərini öyrənə bilmək üçün müxtəlif təcrübələr aparıblar. Bunlardan biri də Kaliforniya Universitesində bioloq olan prof. Michael Dickinsonun meyvə ağcaqanadları üzərində apardığı təcrübələrdir. Bu təcrübələr əsnasında Dickinson ağcaqanad qanadlarının düz hərəkətlər etmədiyini, əksinə çox mürəkkəb aerodinamik texnikalardan istifadə etdiyini təsbit etmişdir. Həm də hər çırpmada qanadların istiqaməti dəyişir: Aşağı hərəkət edən qanadda üst tərəf yuxarı baxarkən, yuxarı hərəkət zamanı isə qanad dönərək, bu dəfə qanadın alt tərəfi yuxarı baxır. Bu mürəkkəb uçuş texnikasını analiz etmək istəyən elm adamları isə təyyarə qanadları üçün istifadə edilən "klassik aerodinamikanın" kifayət etməyəcəyini ifadə ediblər.

Belə ki, meyvə ağcaqanadları da uçmaq üçün bir deyil, daha çox aerodinamik xüsusiyyətdən faydalanırlar. Məsələn, qanadlar bir vuruşda arxasında girdablı, qarışıq hava dalğası buraxırlar. Qanad geri dönərkən də dalğanın içindən keçirərək, daha əvvəl itirdiyi enerjisinin bir hissəsini yenidən bərpa edir. Saniyədə 200 dəfə qanad çırpan 2,5 millimetr boyu olan meyvə ağcaqanadı və digər böcəklərin uçuş əzələləri ən güclü əzələlər olaraq xarakterizə edilir.


http://us1.harunyahya.com/Image/manzara/meyve_sinegi3.jpg


Qanadlarından başqa da sahib olduqları iti gözləri, tarazlıq üçün istifadə etdikləri kiçik arxa qanadları və qanadların nə zaman hərəkət edəcəyini nizamlayan qəbuledicilər kimi daha bir çox detal da dizaynlarındakı mükəmməlliyi artırır.

Burada diqqəti çəkən başqa bir tərəf də böcəklərin milyonlarla ildir bu aerodinamik qanunlardan istifadə edərək uçmalarıdır. Dövrümüzdə ən inkişaf etmiş texnologiyaları istifadə edən elm adamlarının belə, böcəklərin uçuş texnikalarını tam olaraq açıqlaya bilməmələri yaradılışın açıq-aşkar dəlillərindən biridir. Allah hikmətlə baxan gözlər üçün kiçik bir böcəkdə də ağlının və elminin bənzərsizliyini sərgiləyir. Bir ayədə Allah buna belə diqqət çəkir:

"Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar." (Bəqərə surəsi, 117)