CANLILARDAKI MEXANİKİ SİSTEM

Çox vaxt dizaynerlər üçün hərəkətli sistemlərin dizaynı sabit quruluşlu sistemlərin dizaynından daha çətin gəlir. Məsələn, bir qurğunu hazırlayarkən yaranan problemlər bir dolçanı hazırlayarkən yaranan problemlərdən daha çoxdur. Çünki birincisində funksiya ilk planda olarkən, ikincisində şəkil ön plandadır. Funksiyaya bağlı dizaynlar daha mürəkkəbdir. Dizayndakı hər hissə məqsədə xidmət etməlidir və hamısının bir vəzifəsi olmalıdır. Tək bir parçanın əskikliyində və ya dizayn səhvliyində sistem işləmir.

Belə xətalı dizaynlar müvəffəqiyyətsizliyə gətirib çıxarır. İnsanların düzəltdiyi mexaniki sistemlərdəki xətalar düşündüyümüzdən daha çoxdur. Bunların bir çoxu sınaq üçün hazırlanmışdır. Xətalar məhsulun bazara çıxmadan əvvəl hazırlanılan modellərində aradan qaldırılmağa çalışılır. Ancaq bu da istifadəyə verilən məhsullarda xəta olmamasının qarşısını ala bilmir. Halbuki, eyni şeyi təbiətdəki mexaniki sistem dizaynları üçün söyləmək qeyri-mümkündür. Bütün canlılardakı mexaniki dizaynlar mükəmməldir. Bu mükəmməl dizayn ilk andan xətasız olaraq ortaya çıxmışdır. Çünki Allah bütün bunları qüsursuz şəkildə yaratmışdır. İndi Allah’ın bu üstün yaradışına nümunə olan bəzi canlıları araşdıraq.


http://us1.harunyahya.com/Image/manzara/R0124.jpg


AĞACDƏLƏNİN KƏLLƏ QURULUŞU

Ağacdələnlər ağac qabığına vurmaqla qabığı qoparır sonra isə orda olan böcəkləri və qabığın altında gizlədilmiş yumurtaları yeyərək qidalanırlar. Bu quşlar yuvalarını möhkəm, canlı ağaclarda oyub düzəldirlər. Bu oyuqları açarkən də dülgər qədər məharətlidirlər. Böyük dimdikli ağacdələn növü saniyədə doqquz-on vuruş edir, daha kiçik dimdikli ağacdələnlərdə isə bu ədəd on beş-iyirmiyə qədər artır. Ən məharətli ağacdələn növlərindən biri də Yaşıl ağacdələnlərdir.

Yaşıl ağacdələnlər ağacları oyarkən, dimdiyi saatda yüz kilometrdən daha çox sürətlə işləyir. Lakin albalı böyüklüyündəki beyni bu sarsıntılardan təsirlənmir. İki vuruşu arasındakı vaxt fərqi saniyənin mində birindən də azdır. Ağacdələnin bu sirri onun boyun əzələlərindədir. Vurmağa başlayanda baş və dimdik tamamilə düzgün tutulur. Ən kiçik dəyişiklikdə beyində ciddi zədə əmələ gələ bilir.

Bu cür sürətli vuruşun betona kəllə atmaqdan hec bir fərqi yoxdur. Quşun beyninin zədə almaması isə ancaq qeyri-adi dizaynla mümkündür. Quşların çoxunda kəllə sümükləri bir-birinə yapışıq vəziyyətdədir. Dimdiyi isə çənənin hərəkəti ilə açılır. Halbuki, ağacdələndərdə dimdik və kəllə vuruş əsnasında yaranan şiddəti zəiflədən süngərə bənzər maddə ilə bir-birindən ayrılmışdır. Bu elastik maddə avtomobil amartizatorlarından da effektivdir. Bu üstünlüyü çox qısa fasilələrlə zərbələri zəiflətməsindən irəli gəlir. Bu maddə hər vuruşda yaranan şiddəti azaldıb sonrakı şiddəti qarşılayacaq vəziyyətə gələ bilir. Hətta bunu saniyədə ondan çox vuruşun edildiyi şəraitdə bacarır. Bu maddə müasir texnologiyanın inkişaf etdirdiyi bütün ona bənzər texnologiyalardan üstündür. Ağacdələnin kəllə sümüyünün və üst dimdiyinin qeyri-adi üsulla bağlanması, hər vuruşda beyinin olduğu hissənin dimdikdən uzaqlaşmasını, beləcə şiddəti azaldan ikinci mexanizmin meydana gəlməsini təmin edir. (Elm və Texniki / Vizual Elm və Texniki Ensiklopediyası, İstanbul: Vizual Nəşrlər, 1983-84, s. 16)


ZÜRAFƏNİN NASOS SİSTEMİ
http://us1.harunyahya.com/Image/33.jpg


Zürafə beş metrəyə yaxın boyu olan quruda yaşayan ən böyük heyvanlardandır. Heyvanın yaşaya bilməsi üçün ürəyindən iki metr yuxarıdakı beyninə qan göndərməsi vacibdir. Buna görə də qeyri-adi güclü ürəyə ehtiyacı var. Zürafənin ürəyi 350 mmHg-lik təzyiqlə qanı vura biləcək qədər güclüdür.

Adi halda insanı öldürə biləcək qədər güclü olan bu sistem xüsusi yerdə yerləşmişdir. Həmin yer təzyiqin bu ölümcül təsirinə tab gətirə bilmək üçün kiçik damarlarla əhatə edilmişdir. Başdan ürəyə qədər gedən hissədə yuxarı çıxan və aşağı enən damarların meydana gətirdiyi U şəklində sistem var və tərs istiqamətdə axan qan damarlarına olan təzyiqlərin hamısını sıfırlayır, beləcə heyvan ani qanamalara səbəb olan daxili təzyiqdən xilas olmuş olur.

Ürəkdən aşağı hissə çox qalın olmadığı üçün qıçların və ayağın da xüsusi qorunmağa ehtiyacı var. Zürafənin bud və ayaqlarını əhatə edən dərinin çox qalın olması onu qan təzyiqinin güclü təsirlərindən qoruyur. Həmçinin damarların içində şiddətli qan axışını dayandıraraq təzyiqi idarə edən qapaqcıqlar da var. Əsl böyük təhlükə isə heyvan su içmək üçün başını yerə endirdiyində ortaya çıxır. Adi şəraitdə beyin qanamasına səbəb olan güclü qan təzyiqi bu vəziyyətdə daha çox artır. Amma bu təhlükə qarşısında qüsursuz tədbir alınmışdır. Bədəndə ifraz olunan "sefaloraşidien" adlı maye dövrəyə girir və ürəyin həcmini kiçildərək təzyiqlə vurulan qanı azaldır. Həm də heyvanın boynunda başını aşağı əydiyində dövrəyə girən xüsusi qapaqcıqlar var. Bu qapaqcıqlar qanın axışını xeyli azaldır və beləcə zürafə çox rahat su içib təkrar başını yuxarı qaldıra bilir. Zürafənin qat-qat olan damarlarının qalınlığı da yenə bu yüksək təzyiq təhlükəsinə qarşı alınmış tədbirdir.


PALID BÖCƏYİ VƏ QAZMA MEXANİZMİ

Palıd böcəyi adından da məlum olduğu kimi, palıd ağacının palıd meyvəsindən asılı olaraq yaşayır. Böcəyin başından uzun bir boru uzanır. Gövdəsindən daha uzun olan bu borunun ucunda da kiçik, lakin çox iti mişar dişi var. Böcək adi vaxtda bu borunu getməsinə mane olmaması üçün bədəni ilə eyni istiqamətdə tutur. Palıdın üzərinə gəldikdə isə borunu ona doğru əyir. Belə bir vəziyyətdə qazma maşınına oxşayır. Borusunun mişara bənzəyən ucunu palıda söykəyir. Hərəkətli başını sağa, sola çevirərək borunu oynadır və palıdı qazmağa başlayır. Böcəyin başı bu iş üçün ideal dizayna malikdir.

Böcək bu şəkildə palıdı deşərkən bir tərəfdən də borusu vasitəsilə palıdın içindəki meyvəni yeyərək qidalanır. Ancaq meyvənin böyük hissəsinə toxunmur. Bunu yeni doğulacaq balası üçün saxlayır. Qazma əməliyyatı tamamlandıqdan sonra böcək açılan dəlikdən içəri bir yumurta buraxır. Yumurta, ananın palıdın içində açdığı kanalın içinə yerləşdikdən sonra sürfə halını alır. Sürfə palıdı yeməyə başlayır. Yedikcə böyüyür, böyüdükcə də daha çox yeyir. Sürfə nə qədər çox yeyərsə, palıdın içində inkişaf etməsi üçün özünə o qədər çox yer açır.

Bu vəziyyət palıd üzərində olduğu budaqdan düşənə qədər davam edir. Palıdın yerə düşərkən çıxan dəymə səsi və sarsıntı sürfəyə artıq palıddan çıxma zamanının gəldiyini xəbər verir. Güclü dişləri sayəsində daha əvvəldən anasının açdığı dəliyi böyüdür. Xeyli kökəlmiş olan sürfə zorla da olsa özünü bu dəlikdən çölə çıxarır. Sürfənin bundan sonrakı ilk işi özünü yerin 25-30 sm qədər altına basdırmaqdır. Burada "pup" mərhələsini keçirəcək və 1-5 il ərzində gözləyəcəkdir. Tamamilə yetkin olub torpaq üzərinə çıxdığında isə bu dəfə o palıdları qazmağa başlayır. (Mark W. Moffet, "Life in a Nutshell", National Geographic, s. 783-788)


http://us1.harunyahya.com/Image/manzara/R0121.jpg


Palıd böcəyinin bu maraqlı həyatı təkamül nəzəriyyəsini əsassız edən və Allah’ın canlıları necə qüsursuz dizaynlarla yaratdığını göstərən dəlillərdən biridir. Böcəyin hər cür mexanizmi müəyyən plan üzrə hazırlanmışdır. Qazma borusu, bu borunun ucundakı kəsici dişlər, borunun istifadə edilməsini təmin edən hərəkətli başın quruluşu bütün bunlar təsadüflərlə ya da "təbii seleksiyalarla" açıqlana bilməz. Sahib olduğu uzun boru qazma işini qüsursuz bacarmasaydı, heyvan üçün ayaq bağından və maneədən başqa bir şey olmayacaqdı. Buna görə "mərhələ mərhələ" inkişaf etdiyi iddia edilə bilməz. Digər tərəfdən sürfənin sahib olduğu orqanlar və instinktlər də "reduksiya olunmayan komplekslər" şəklində olduğunu göstərir. Sürfənin palıd qabığını parçalayan güclü dişlərə sahib olması, palıddan çıxdığı anda torpağın dərinliklərinə girməsi lazım olduğunu "bilməsi" və burada gözləmək üçün də "səbr etməsi" lazımdır. Əks halda canlı nəslini davam etdirə bilməyəcək və yox olacaq. Bütün bunlar təsadüflərlə açıqlana bilməz və bu kiçik canlının çox üstün ağılla yaradıldığını ortaya qoyur.

Allah bu kiçik canlını qüsursuz orqanlar və instinktlərlə yaratmışdır.

Çünki O, "Qüsursuzca var edən"dir. (Həşr surəsi, 24)