CANLILARIN BİR-BİRLƏRİNİ QORUMALARI

Birlikdə yaşamağın ən böyük üstün tərəflərindən biri təhlükələrə qarşı daha yaxşı qoruna bilməkdir. Çünki birlikdə yaşayan heyvanlardan hər hansı biri təhlükəni sezdiyində səssizcə hadisə yerindən qaçmaq əvəzinə var gücü ilə ətrafındakı digər heyvanları da xəbərdar edir. Hər bir canlı növünün özünə məxsus xəbərdarlıq forması var. Məsələn, dovşanlar və bəzi marallar təhlükəni hiss etdikləri anda ətraflarındakı heyvanları xəbərdar etmək üçün quyruqlarını dik tuturlar. Ceyranlar isə maraqlı tullanma hərəkətləri edir, sanki tullanaraq rəqs edirlər. Bir çox kiçik quşlar düşməni hiss etdiklərində dərhal cəh-cəh vurmağa başlayırlar. Sarıköynək quşu kimi quşlar xəbərdarlıq edərkən dar tezlik aralığı olan və yüksək səs çıxarırlar. İnsan qulağı bu xəbərdarlığı incə fit səsi kimi qəbul edir. Bu səsin ən mühüm xüsusiyyəti isə səsin gəldiyi istiqamətin aydın olmamasıdır. Bu, sürüsünü xəbərdar edən quş üçün əhəmiyyətli bir üstünlükdür. Çünki quş əslində düşməni gördüyü an cəh-cəh vuraraq diqqəti öz üzərinə çəkir. Ancaq səsin istiqaməti müəyyən olmadığı üçün təhlükə nisbətən azalır.

Koloniya halında yaşayan böcəklərdə də təhlükəni ilk sezən böcək bütün koloniyanı xəbərdar edir. Ancaq xəbərdarlıq verən böcəyin ifraz etdiyi həyəcan qoxusu düşmənin də diqqətini cəlb edir. Bu yolla koloniyanı xəbərdar edən böcək özü ölümü gözə alır.

Preri itləri böyük koloniyalar halında yaşayırlar. Sanki şəhəri xatırladan yuvaları təxminən 30 heyvanın sığışdığı hissələrdən ibarətdir. Bu şəhərdəki heyvanların hamısı bir-birini tanıyır.

Daima tunelin xaricində və girişlərində olan təpəciklərin üzərində hər istiqaməti görə biləcək tərzdə arxa ayaqları üzərində dayanaraq keşik çəkən heyvanlardır. Keşikçilərdən biri düşmən görərsə, fit şəklində hürməyə başlayır. Bu xəbərdarlığı eşidən digər keşikçilər də eynilə həyəcan siqnalı verir və beləliklə təhlükədən bütün koloniya xəbərdar olur.

Canlıların bir-birlərini xəbərdar etməsi, əlbəttə, düşündürücüdür. Ancaq daha da maraqlı olanı onların bir-birlərini “anlamalarıdır”. Yuxarıda qeyd etdiyimiz canlılardan biri, məsələn, dovşan quyruğunu dik tutduğu zaman ətrafındakı digər canlılar bunun təhlükə həyəcanı olduğunu həmin an başa düşür və tədbir alırlar. Oradan uzaqlaşmaları lazım gələrsə, dərhal uzaqlaşır, əks təqdirdə gizlənirlər. Burada düşündürücü məqam budur: Əgər bu heyvanlar həyəcan işarəsini gördükləri anda qaçmalı olduqlarını bilirlərsə, bu heyvanların əvvəlcədən öz aralarında danışaraq qərara gəlməsi lazım gəlir ki, xəbərdarlıq əmri verilən kimi hərəkətə keçsinlər. Bu təbii ki, ağıl sahibi insanın qəbul edəcəyi bir şey deyil. Bütün bu heyvanlar tək Yaradıcı tərəfindən yaradılmışdır və Onun ilhamı ilə hərəkət edirlər. Digər misalda isə quşların xəbərdarlıq edərkən çıxardıqları səsi üzərilərində yaşadıqları kərgədanların başa düşüb reaksiya verməsindən bəhs etmişdik. Burada diqqətdən kənarda qalmayan, şüurlu davranışlar var.


http://us1.harunyahya.com/Image/manzara/R0080.jpg


Şübhəsiz bir canlının digərini təhlükəyə qarşı xəbərdar edən hərəkəti “düşünməsi” və digərləri ilə razılaşdırılmış hərəkət kimi həyata keçirilməsi mümkün deyil. Belə halda qarşımıza çıxan bu şüurlu hərəkətlərin bir izahı var: Bu canlıların hər birinin sahib olduqları bacarıqlar, nümayiş etdirdikləri hərəkətlər onlara öyrədilməlidir. Bütün bunları həmin canlılara öyrədən və tətbiq etdirən, hər şeyin Yaradıcısı olan, yaratdıqlarını qoruyan, sonsuz şəfqət və mərhəmət sahibi olan Allah’dır.


Canlılar təhlükələrə qarşı birlikdə mübarizə aparırlar

Sürü halında yaşayan heyvanlar təhlükə anında bir-birlərini xəbərdar etdikləri kimi, təhlükəyə qarşı da birlikdə mübarizə aparırlar. Məsələn, kiçik quşların ərazilərinə qızılquş və ya bayquş kimi yırtıcı quş hücum etdikdə dərhal dəstə halında onu əhatəyə alırlar. Eyni zamanda ətrafdakı digər quşları da ora gətirmək üçün xüsusi səslər çıxarırlar. Kiçik quşların dəstə halında hücumu adətən yırtıcı quşları həmin ərazidən uzaqlaşdırır. Bir yerdə uçan quş dəstəsi də eyni şəkildə dəstənin digər bütün üzvləri ilə birlikdə mübarizə aparır. Məsələn, dəstə halında uçan sığırçınlar aralarında geniş məsafə qoyaraq uçurlar. Ancaq qızılquşu gördükləri anda həmin məsafəni azaldırlar. Beləliklə qızılquşun dəstənin ortasına daxil olması çətinləşir, bunu etsə belə qanadlarını zədələyər və ovlana bilməz.

Məməli heyvanlar da sürülərinə hücum edildikdə birlik halında hərəkət edirlər. Məsələn, zebralar düşmənin hücumundan qaçarkən balalarını sürünün ortasına alırlar. Bu mövzu ilə bağlı belə bir misal çəkə bilərik: İngilis alimi Jane Goodall şərqi Afrikada apardığı tədqiqatlar zamanı düşmənlərindən qaçarkən sürüsündən ayrı düşən 3 zebranın arxada qalaraq yırtıcı heyvanlar tərəfindən əhatələndiyini müşahidə etmişdi. Qruplarından 3 üzvün təhlükə altında olduğunu hiss edən digər zebralar dərhal geri qayıdıb dırnaqları və dişləri ilə düşmənləri qorxudub qaçırdaraq digər zebraları xilas etmişdilər. Ümumiyyətlə zebra sürüsü hücuma məruz qaldıqda sürünün lideri olan zebra geridə qalır, dişilər və balalar öndə qaçırlar. Erkək zebra arxada ziqzaqlar cızaraq qaçır və hətta geri qayıdıb hücum edən heyvanları qovalaya bilir.

Maral və zebra sürüləri adətən bir arada yaşayırlar. Bir-birlərinin düşmənlərini çox yaxşı tanıyırlar. Məsələn, əgər zebralardan biri marallara hücuma hazırlaşan təhlükəni hiss edərsə, dərhal marallara xəbərdarlıq edir. Delfinlər də hər zaman qrup halında hərəkət edir və ən böyük düşmənləri olan akulalara qarşı birlikdə mübarizə aparırlar. Akulalar balaları üçün təhlükə yaratdıqları an iki yetkin delfin sürüdən ayrılaraq diqqəti öz üzərinə çəkməyə çalışırlar. Akulaların diqqəti başqa tərəfə dağılan kimi digər sürü üzvləri bir anda onları əhatə edir və hamısı birlikdə akulalara zərbələr endirməyə çalışır.


http://us1.harunyahya.com/Image/manzara/R0072(1).jpg


Ancaq bundan daha da maraqlı başqa davranışları var. Delfin ailələri adətən tuna balıqlarının sürüləri ilə birlikdə üzür və qidalanılar. Buna görə də tuna balığının düşmənləri delfin sürülərini izləyir və uyğun gördükləri yerdə onları ovlayırlar. Ancaq tuna balıqları üçün atılan tora bəzən delfinlər də düşür. Delfinlər nəfəs alan varlıqlar olduqları üçün tora düşdükdə təlaşlanıb şoka girir və dənizin dibinə doğru üzməyə başlayırlar. Ailələrinə bağlılıq səbəbindən digər delfinlər də tora düşən delfinin arxasınca köməyə gedirlər. Bütün ailə üzvləri tora ilişən delfinlə birlikdə suyun dibinə enir və onu xilas etmək üçün yuxarı dartmağa çalışarlar. Ancaq bu cəhdlərin sonunda bir çoxu nəfəs ala bilmədiyi üçün ölürlər. Üstəlik bu təkcə bir delfin ailəsinə aid xüsusiyyət deyil, bütün delfin ailələri bu vəziyyətdə eyni cür davranırlar.

Boz balinalarda isə dişilərdən biri yaralandığı zaman bir və ya birdən çox erkək balina ona kömək edir. Dişini nəfəs alması üçün suyun üzündə tutmağa çalışır ya da onu qatil balinaların hücumlarından qoruyurlar. Müşk maralları da hücuma məruz qaldıqlarında qaçmaq yerinə özlərinə təhlükəsizlik dairəsi yaradırlar. Bütün sürü üzvləri arxalarını düşmənə tərəf çevirmədən arxa-arxaya gedirlər və dairə yaradırlar. Balaları bu dairənin mərkəzində, analarının uzun tükləri altında gizlənirlər. Yetkin marallar isə balalarını əhatə edərək onların təhlükəsizliyini təmin etməyə çalışırlar. Düşmənin üzərinə atılan müşk maralı hücumdan sonra balaları qoruyan dairə dağılmasın deyə dərhal yerinə geri qayıdır.

Heyvanların birlik halında hərəkətlərinə aid möhtəşəm nümunələri təkcə təhlükə anında deyil, həmçinin ovlandıqları zaman da görə bilərik. Məsələn, qutanlar balıq ovuna daima sürü halında gedirlər. Uyğun yer seçdikdən sonra isə sahilə qarşı yarım dairə yaradır və dayaz suda gəzinərək bu dairəni daraldırlar. Bu dairənin içinə girən bütün balıqları ovlayırlar. Dar çaylarda və kanallarda iki qrupa ayrılırlar. Gecə isə hamısı istirahətə çəkilir və heç kim onları körfəzdəki yerləri və ya istirahət yerləri haqqında mübahisə edərkən görə bilməz.


http://us1.harunyahya.com/Image/manzara/R0164.jpg


Canlıların bir-birləri ilə bu dərəcədə bağlı yaşamaları, bir-birlərini qorumaları və birlikdə hərəkət etmələri hər insanın düşünəcəyi mövzulardan biridir. Çünki əvvəldə də qeyd etdiyimiz kimi, burada bəhs etdiyimiz canlılar şüurlu, zəkalı insanlar deyil. Ağlı, düşüncəsi olmayan zebralar, quşlar, böcəklər, delfinlər və digərləridir. Əlbəttə, canlıların bu birlik halındakı hərəkətlərini öz iradələri ilə həyata keçirdiklərini demək ağıl sahibi insan üçün qeyri-mümkündür. Ağıl sahibi bir insanın belə həqiqətlər qarşısında gəlməli olduğu nəticə budur:

Təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi bir Yaradıcının əsəridir. O Yaradıcı bütün canlıları, insanları, heyvanları, böcəkləri, bitkiləri, canlı, cansız bütün varlıqları yaradan Allah’dır. O, üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir.

Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allah’a həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 36-37)

Hər biri 350-400 kq ağırlığında olan yetkin vəhşi öküzlər çiyin-çiyinə verərək balaları və düşmənləri arasında sədd yaradırlar. Hücum anında vəhşi öküzlər arxaya çəkilərək dairə yardır və balalarını dairənin ortasına salırlar. Beləliklə, balalarının təhlükəsizliyini təmin edirlər.