MÖCÜZƏVİ CANLILAR

Dünyada milyonlarla bitki və heyvan növünün olması Yaradanın varlığını və gücünü isbat edən dəlillərdəndir.

Burada nümunə üçün göstərdiyimiz canlıların hər biri ayrı-ayrılıqda araşdırılmalı xüsusiyyətlərə malikdir. Hamısının fərqli bədən quruluşu, müxtəlif müdafiə olunma taktikaları, tamamilə fərqli qidalanma tərzləri, diqqət çəkici çoxalma metodları var. Şübhəsiz ki, bütün canlıların bu xüsusiyyətlərini bir saytda izah etmək mümkün deyil. Ancaq burada göstərdiyimiz bir neçə nümunə dünyadakı həyatı təsadüflə açıqlamağın mümkün olmadığını sübut edir.

İPƏKQURDU

Sizin 450-500 arası yumurtanız olsa və bunları çöldə mühafizə etməyiniz lazım gəlsə nə edərdiniz? Onların küləkdən və ya digər təbiət hadisələrinin təsirindən məhv olmasının qarşısını alan tədbir görməyiniz şübhəsiz ki, ən məntiqli davranış olardı. Məhz dünyada, bir dəfədə ən çox yumurta yumurtlayan canlılarından biri olan ipəkqurdu (450-500) yumurtalarını mühafizə etmək üçün çox məntiqli üsuldan istifadə edir: İfraz etdiyi yapışqanlı maddə vasitəsilə (ipləri) yumurtalarını bir-birlərinə bağlayaraq ətrafa səpələnib, dağılmasının qarşısını alır.

Yumurtadan çıxan tırtılların ilk işi özlərinə uyğun budaq tapmaq və sonra da eyni iplə oraya bağlanmaqdır. Sonra inkişaf edə bilmələri üçün ifraz etdikləri bu iplə özlərinə barama hörməyə başlayırlar. Həyata gözlərini yeni açmış tırtılın bu əməliyyatı yerinə yetirməsi, istirahət etmədən 3-4 gün davam edir. Bu müddət ərzində tırtıl minlərlə dəfə dönərək, orta hesabla 900-1500 m uzunluğunda ip hasil edir. Bu əməliyyat qurtardıqda da istirahət etmədən yeni işə başlayır və gözəl kəpənək olmaq üçün dəyişməyə başlayır.

http://www.harunyahya.org/Makaleler/res/tir1.jpg

http://www.harunyahya.org/Makaleler/res/tir2.jpg

http://www.harunyahya.org/Makaleler/res/tir3.jpg

http://www.harunyahya.org/Makaleler/res/tir4.jpg

 

Nə ana ipəkqurdunun balasını mühafizə edə bilmək üçün aldığı tədbir, nə də hər şeydən xəbərsiz hələ heç bir məlumata sahib olmayan kiçik tırtılın etdiyi hərəkətlər təkamüllə izah edilən hadisələr deyil. Hər şeydən əvvəl ana ipəkqurdunun yumurtaları yapışdırmaq üçün istifadə etdiyi ipi istehsal edə bilməsi möcüzədir. Yumurtadan yeni çıxan tırtılın özü üçün vacib olan mühiti tanıyıb ona uyğun barama hörməsi sonra da dəyişməyə başlaması və bu dəyişməni problemsiz olaraq həyata keçirə bilməsi insan ağlı üçün qeyri-adi bir şeydir. Bu vəziyyətdə hər tırtılın dünyaya gəldiyi andan etibarən nə edəcəyini bilməsi bütün bunların hələ dünyaya gəlmədən əvvəl "öyrədilmiş" olduğu mənasını verəcək.

Bunu bir nümunə ilə açıqlayaq. Əgər yeni doğulmuş körpənin doğumundan bir neçə saat sonra ayağa qalxdığını, hətta özünə yataq düzəltmək üçün vəsait (yorğan, yastıq, döşək və s.) yığdığını və bunları düzgün şəkildə birləşdirib yataq hazırlayıb içinə yatdığını görsəniz, nə düşünərsiniz? Təəccübünüz keçdikdən sonra gələcəyiniz ən məntiqli nəticə, bu körpənin belə bir əməliyyatı yerinə yetirməsi üçün hələ ana qarınındaykən qeyri-adi bir şəkildə "öyrədilmiş" olduğunu düşünməkdir. Tırtılların vəziyyəti də bu nümunədəki körpələrin vəziyyətindən heç də fərqlənmir.

O, Xaliq, yoxdan Yaradan, Surət verən Allah‘dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

Bu da bizi yenə eyni nəticəyə gətirir: Bu canlılar Allah‘ın bildirdiyi kimi çoxalır, davranır və yaşayırlar. Quran, Allah‘ın bal arısına vəhy etdiyini və ona bal hazırlamağı əmr etdiyini xəbər verir. (Nəhl surəsi, 68-69) Əslində bununla canlılar aləmindəki böyük sirrin bir nümunəsini bildirmiş olur. Bu sirr bütün canlıların Allah‘ın iradəsinə boyun əymiş olaraq, Onun təyin etdiyi qədəri yaşadıqları həqiqətidir. Arı buna görə bal hazırlayır, ipəkqurdu buna görə ipək hasil edir.

SƏS-KÜY ÇIXARAN XƏRÇƏNGLƏR

Panulirus cinsinə məxsus xərçənglər olduqca maraqlı müdafiəetmə sisteminə sahibdirlər. Bu xərçənglər ancaq simli çalğılardan çıxarılan narahatedici sürtünmə səsini kəsik-kəsik çıxarır və bunun sayəsində düşmənlərini qaçırdırlar.

Duke Universiteti biologiya bölməsindən Sheila Patekə görə bu canlıların gözlərinin altında, mikroskopik cizgilərlə bağlı olan və əyilib bükülə bilən antenalar var. Panulirus xərçəngləri antenalarındakı bu cizgiləri iç-içə keçirib sürtməyə başladıqları zaman skripka simlərinin bir-birinə sürtünməsi ilə yaranan qorxulu səsin bənzərini çıxara bilirlər. (Science et Vie, İyul 2001 səh. 15)

Amma maraqlı cəhət ondan ibarətdir ki, xərçənglər bu xüsusiyyətə qabıqlarının yumşaq olduğu və buna görə müdafiəsiz qaldıqları bir dövrdə sahib olurlar. Heç bir elm sahəsi canlılardakı bu üstün dizaynın olmasını kor-koranə təsadüflərlə açıqlaya bilmir. Bütün canlılar və müdafiəetmə sistemləri əvvəlcədən planlanmışdır. Planlı və üzərində düşünülmüş olan bütün dizaynlar dizaynerin varlığına işarə edir. Panulirus xərçəngindəki bu dizayn da onu və bütün canlıları Allah‘ın yaratdığını göstərir.


TOYUQLARIN AYAĞINDAKI KİLİD SİSTEMİ

Toyuq və xoruzların ayaqları oynaq bağları ilə bir-birinə birləşmiş sümüklərdən meydana gəlir. Torpaq eşələmək və qaçmaq üçün çox əlverişli quruluşları ilə birlikdə həm də xüsusi dizayna sahibdirlər.

Toyuq və xoruzlar bu dizayn sayəsində uzun müddət yorulmadan tənəklərində dayana bilirlər. Gecələri düşmədən burada yata bilmələrinin sirri tamamilə ayaqlarında olan xüsusi sinirlərdə gizlidir.

Heyvanın ayaq barmağından gələn sinirlər dabanında birləşir. Sinirlərin birləşmə nöqtəsinin dabanda olması, tənəkdə olduğu zaman barmaqlarının möhkəm halda bağlı dayanmasını təmin edir. Çünki bu sinirlər üzərlərinə təzyiq yükləndiyi zaman avtomatik ayaq barmaqlarını möhkəm tutacaq şəkildə yaradılmışdır. (Şəkilli Məlumat Ensiklopedik Məktəb və Ailə Jurnalı, Say: 13, 17 Fevral 1964. s. 220)

Toyuğun ayağını çəkib uzatdığınız zaman ayaq barmaqları açılır, ayağı bədəninə doğru itələdiyinizdə isə barmaqların özbaşına bağlandığını görürsünüz. Heyvan gedərkən hər addımda barmaqlarının açılıb bağlanmasının səbəbi də budur. Allah yaratdığı canlıların ehtiyaclarını bilmiş və hazırladığı xüsusi sistemləri onlara lütf etmişdir:

""Yaradan (Allah) Lətif və (hər şeydən) Xəbərdar olduğu halda, ola bilərmi ki, O, (gizlində və aşkarda olanları) bilməsin?" " ((Mülk surəsi, 14) )


AFRİKA SİÇAN QUŞLARININ FƏDAKARLIĞI


D:\HERSEY\HERSEY\MY PICTURES\HAKIKAT-HAYVAN\afrikakuslari_130.jpg

Afrika siçan quşları ağac budağına dəstə şəkildə qonan arılar kimi yığışırlar. Budağın ucundakı meyvəyə hər quş çata bilməyəcəyi üçün budağın ən ucundakı quşun qopardığı meyvə dimdikdən dimdiyə ötürülərək digərlərinə çatdırılır. Bu meyvələrin hər kəsə çatmaması əsla problem olmur. Başqa bir meyvəli budağa qonduqlarında əvvəlcə kifayət qədər qidalanmamış olanlara pay ötürülür. (Elm və Texnika. say: 298. Sentyabr 1992 Ərdoğan SAKMAN.)

Bu heyvanların göstərdikləri bütün fədakar davranışlar, darvinizmin iddia etdiyi eqoist həyat mübarizəsinin əsas anlayışlarını təkzib edir. Təbiətdəki bütün canlıları Allah yaratmışdır və bütün canlılar Onun ilhamı ilə hərəkət edirlər.


CEYRANLARDAKI SOYUTMA SİSTEMİ

CEYRANLARDAKI SOYUTMA SİSTEMİ


D:\HERSEY\HERSEY\MY PICTURES\HAKIKAT-HAYVAN\geyik.jpg



Əgər beyinin soyudulması üçün hazırlanmış bu sistem olmasaydı, ceyran da həyatını davam etdirə bilməzdi. Bu nümunə Allah‘ın yaratdığı bütün varlıqlara qarşı sonsuz Rəhmət sahibi olduğunun dəlillərindən biridir.

"O (Rəbbin) ki, (hər şeyi) yaradıb kamilləşdirdi', O (Rəbbin) ki, (hər şeyin müqəddəratını) əzəldən müəyyən edərək yol göstərdi," (Əla surəsi, 2-3)