QARIŞQA KOLONİYALARI

Böcəklər arasında "ictimai baxımdan" mükəmməl inkişaf edən qarışqalar çox "yaxşı təşkil olunmuş" "koloniyalar" adlandırılan birliklər halında yaşayırlar. Birlik halında yaşadıqları üçün koloniyanın nizamlı şəkildə hərəkət etməsi, qarışıqlığın olmaması çox vacibdir.

Kollektiv iş, hərbi strategiya, inkişaf etmiş informasiya şəbəkəsi, şüurlu ierarxiya, intizam, qüsursuz şəhər layihəsi...

Oxuduğunuz cümlə torpağın üstündə yalnız girişini gördüyünüz qarışqa yuvalarındakı yaşayışın qısa xülasəsidir. İnsanların belə çox vaxt uğur qazanmadıqları sahələrdə qarışqalar çox bacarıqlıdırlar. Bu kiçik canlılar torpağın altındakı yuvalarında bir tərəfdən qida tədarük edir, bir tərəfdən balalarının qayğısına qalır, bir tərəfdən də koloniyalarını qoruyur və düşmənlərinə qarşı mübarizə aparırlar. Hətta “dərziliklə”, “əkinçiliklə” məşğul olan, “heyvan bəsəyən” qarışqa koloniyaları da var. Aralarında güclü ünsiyyət şəbəkələri olan bu kiçik canlıların həyatını araşdırdığımız zaman onların heç bir canlı ilə müqayisə edilməyəcək dərəcədə üstünlüyə sahib olduqlarını görürük.

Qarışqa ailələrində hər kəs üzərinə düşən vəzifəni yerinə yetirir. Onlar öz istəkləri üçün deyil, koloniyanın uzunmüddətli olması üçün çalışırlar.

Quranda Allah canlılardakı ibrətlərə diqqəti çəkərək düşünməyimizi istəyir. Qarışqalar da Allah’ın aşağıdakı ayəsində diqqət çəkdiyi, üzərində düşünülən canlılardan biridir:

Şüphesiz müminler için göklerde ve yerde ayetler vardır. Sizin yaratılışınızda ve türetip yaydığı canlılarda da kesin bilgiyle inanan bir kavim için ayetler vardır. (Casiyə Surəsi, 3-4)

Quruluş baxımından qərargahdan fərqlənməyən yuvalarını düzəldən zaman qarışqalar heç bir təhsil almırlar. Yumurtadan ilk çıxdığı andan etibarən hər qarışqa vəzifəsini bilir və vaxt itirmədən bildiklərini tətbiq etməyə başlayır. Yuvanı necə düzəldəcəyini də bilir, yeməyi necə tapacağını, sürfələri necə qoruyacağını, qısaca, nə etməli lazım olduğunu çox yaxşı bilir və səhvsiz yerinə yetirir. Bu vəziyyət qarışqaların bu məlumatlara hələ dünyaya gəlmədən əvvəl sahib olduqlarını göstərir. Daha dəqiq desək bütün bu məlumatlar, ilk ortaya çıxmaları ilə birlikdə özlərini yaradan uca Allah tərəfindən qarışqalara ilham edilir.

Qarışqalar xarici görünüşcə bir-birlərinə oxşasalar da yaşayışları və fiziki xüsusiyyətləri baxımından təxminən 8000 növə ayrılırlar. Hər növün də özünə xas xüsusiyyətləri var.

http://www.harunyahya.org/Makaleler/res/2a.jpg

http://www.harunyahya.org/Makaleler/res/3.jpg

http://www.harunyahya.org/Makaleler/res/4.jpg

http://www.harunyahya.org/Makaleler/res/5.jpg

http://www.harunyahya.org/Makaleler/res/6.jpg

Qarışqa növləri içərisində ən maraqlı xüsusiyyətə malik olan yarpaq kəsən qarışqalar, “atda”lardır. Atdalar qopardıqları yarpaqların hissələrini başlarının üstündə tutaraq yuvalarına daşıyırlar. Qarışqalar çənələrində daşıdıqları və özlərindən dəfələrlə ağır olan yarpaq hissələrinin altında gizlənirlər. Onlara kənardan baxanda çox maraqlı görüntü ortaya çıxır. Belə bir mənzərə ilə qarşılaşan insan meşənin yer hissəsi sanki canlanıb, gedirmiş hissinə qapılacaqdır.
Atdaların bu yarpaqları niyə daşıdıqlarını araşdıran elm adamları qarışqaların bu hissələrdən göbələk istehsal etdiyini kəşf ediblər.

Qarışqalar yarpaqların özünü yemirlər, çünki orqanizmlərində bitkilərdə olan sellülozanı parçalayan fermentlər yoxdur. İşçi qarışqalar bu yarpaqları çeynəyərək yığım halına gətirir və yuvanın yeraltı otaqlarında saxlayaraq yarpaqların üzərində göbələk yetişdirirlər.

Qarışqalar yetişdirdikləri göbələklərin tumurcuqlarından özlərinə lazım olan zülalı əldə edirlər.

Atdalarla göbələklər arasındakı ortaq həyat sayəsində qarışqalar qidalarında ehtiyacları olan zülalı yarpaqların üstündə yetişdirdikləri göbələk tumurcuqlarından götürürlər. Sol tərəfdəki şəkildə qarışqaların yetişdirdiyi göbələk bağçası görünür.


http://www.harunyahya.org/Makaleler/res/mantar1.jpg
Atdalarla göbələklər arasındakı ortaq həyat sayəsində qarışqalar qidalarında ehtiyacları olan zülalı yarpaqların üstündə yetişdirdikləri göbələk tumurcuqlarından götürürlər. Sol tərəfdəki şəkildə qarışqaların yetişdirdiyi göbələk bağçası görünür.

Burada atdalar üçün təhlükə var. Lazım olan göbələyi yetişdirərkən, bağçalarında zəhərli göbələklərin törəməsi ehtimalı da var. Bəs bağçalarını yalnız "oktyabr" ayının əvvəlində təmizləyən atdalar, zəhərli göbələklərdən necə qorunurlar? Bunun sirri yarpaqları çeynədikləri zaman istifadə etdikləri tüpürcək vəziləridir. Bu vəzi zəhərli göbələklərin inkişafının qarşısını alan antibiotik və lazım olan göbələyin inkişafını sürətləndirən başqa bir maddə ifraz edir.

Belə möcüzəvi vəziyyətin reallaşdığını düşündükdə insanın qarşısına yüzlərlə sual çıxır: “Niyə bu qarışqalar digərləri kimi qidalanmır, özləri göbələk yetişdirirlər? Bəs göbələk yetişdirməyi haradan öyrəniblər? Yarpaqları çeynəyərək göbələyin meydana gələcəyini necə kəşf ediblər və gələcək nəsillərə necə öyrədiblər?”

Bu cür sualların yalnız bir cavabı var:

Qarışqalar bu işləri bacara biləcək şəkildə yaradılıblar. Belə kompleks davranışlar müəyyən zaman ərzində mərhələlərlə inkişaf edən adi bir hadisə deyil. Bu çox üstün ağılın əsəridir. Bütün bu məlumatları yarandıqları gündən etibarən qarışqalara ilham edən şübhəsiz, Aləmlərin Rəbbi olan Allah’dır.

Atdaların maraqlı müdafiə xüsusiyyətləri də var. Yarpaq kəsən qarışqa koloniyasının orta boylu işçiləri demək olar ki, bütün gününü yarpaq daşımaqla keçirirlər. Bu daşıma əsnasında özlərini qoruya bilmirlər, çünki çənələrində yarpaq daşıyırlar. Belə olduqda onları kim qoruyacaq?

Yarpaq daşıyan işçi qarışqaların yanında mütəmadi olaraq daha kiçik işçi qarışqaların gəzdikləri müşahidə edilmişdir. Əvvəlcə bu vəziyyəti təsadüf hesab ediblər. Ancaq sonra bu hərəkətin səbəbi araşdırılmağa başlanılmış və uzun sürən araşdırmanın nəticəsi heyrətamiz olmuşdur: qarışqalar əməkdaşlıq edirmiş.

http://www.harunyahya.org/Makaleler/res/karin.jpgYarpaq daşıyan orta boylu qarışqalar onların düşməni olan ağcaqanad növünə qarşı maraqlı müdafiə üsulundan istifadə edirlər. Ağcaqanadlar yumurtalarını yerləşdirmək üçün çox fərqli yer seçiblər. Belə ki, yumurtalarını qarışqanın baş hissəsinə yerləşdirir. Yumurtadan çıxan bala ağcaqanadlar isə qarışqanın beyninə doğru irəliləyərək onun ölümünə səbəb olur. Beləliklə işçi qarışqalar yanlarında orta boylu qarışqalar, yəni köməkçiləri olmadan hər an ağcaqanadların hücumuna məruz qala bilirlər. Adi halda üzərlərinə qonmaq istəyən ağcaqanadları qayçıya bənzəyən çənələri ilə uzaqlaşdırmağı bacaran qarışqalar yarpaq daşıyarkən bunu edə bilmirlər. Bunu köməkçi qarışqalar onların əvəzinə edir. Ağcaqanadın hücumu əsnasında bu kiçik qoruyucular yarpağın üzərindən düşmənə qarşı mübarizə aparırlar.

Bir neçə xüsusiyyətindən bəhs etdiyimiz atda qarışqaları dünyadakı yüz minlərlə qarışqa növündən sadəcə biridir.
Hər növün özünəməxsus xüsusiyyətlərini gördükdə bir daha Allah’ın yaratma sənətindəki bənzərsizlik özünü büruzə verir.

Aləmlərin Rəbbi olan Allah yaratdığı hər şeyi Onu tanımağımız üçün yaratmışdır.

Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allah’ın göylərdə və yerdə yaratdıqlarında (Allah’dan) qorxan adamlar üçün dəlillər vardır. ( (Yunus Surəsi, 6)