QÜSURSUZ DİZAYNLARIN SAHİBİ

"Dizayn" sözünü qısa şəkildə tərif etsək, az və ya çox sayda hissələrin məqsədyönlü və nizamlı şəkildə bir yerə gətirilməsi deməkdir. Bu tərifi nəzərə alaraq avtomobillərin dizayn olduğunu dərk etməkdə çətinlik çəkməzsiniz. Çünki ortada məqsəd var: insan və yük daşımaq. Bunu həyata keçirmək üçün də avtomobilin mühərriki, təkərləri, kapotu kimi fərqli hissələri fabrikdə planlı şəkildə bir yerə gətirilmişdir.

Yaxşı, bəs söhbət canlılardan gedərsə? Məsələn, quşlar və onun uçuş sistemləri dizayn oluna bilərmi? Suala dərhal cavab verməzdən əvvəl avtomobil üçün apardığımız dəyərləndirməni quşlar üçün də edin. Ortada uçmaq kimi bir məqsəddən söhbət gedir. Bunun üçün içi boş yüngül sümüklər, bu sümükləri hərəkət etdirəcək güclü sinə əzələləri və havada qalmağı təmin edən tüklərdən istifadə olunmuşdur. Qanadlarının aerodinamik xüsusiyyəti var, maddələr mübadiləsi isə quşun yüksək enerji ehtiyacını qarşılayacaq şəkildədir. Quşun dizayn məhsulu olduğu aydın şəkildə görünür.

Əgər quşu deyil, digər canlıları araşdırsanız yenə eyni həqiqətlə qarşılaşarsınız. Hər bir canlıda çox mükəmməl düşünülmüş dizaynlar var. Araşdırmanı bir az daha davam etdirsəniz, sizin özünüzün də dizayn edilmiş olduğunuzu görərsiniz. Mausu tutan əlləriniz heç bir robot əlinin olmadığı qədər funksionaldır, bu sətirləri oxuyan gözləriniz isə dünyanın ən mükəmməl kamerasından belə daha yaxşı görə bilir.

Beləliklə belə bir əhəmiyyətli nəticə əldə etmiş olursunuz: Təbiətdəki bütün canlılar, siz də daxil olmaqla dizayn edilmişdir. Bu isə bütün canlılara istədiyi surəti verən, başqa sözlə, təbiətə hakim olan üstün güc və ağıl sahibi Yaradanın var olduğunu göstərir.


Ancaq 19-cu əsrdə meydana gələn təkamül nəzəriyyəsi bu həqiqəti rədd edir. Çarlz Darvinin “Növlərin mənşəyi” adlı kitabında irəli sürdüyü bu nəzəriyyə, canlıların təsadüf nəticəsində meydana gəldiyini və bir-birlərindən fərqləndiklərini iddia edir.


D:\HERSEY\HERSEY\MY PICTURES\HAKIKAT-HAYVAN\HAYVAN DETAY\100 HD Animals Wallpapers 1600 X 1200 (www.allwallpapersfree.blogspot.com)\Animals Wallpapers (8).jpg


Nəzəriyyənin əsas məntiqinə görə canlılar kiçik və təsadüfi bəzi dəyişikliklərə məruz qalıb. Bu təsadüfi dəyişikliklər canlıya müsbət təsir göstərərsə, bu canlı digərlərinə nisbətən üstün xüsusiyyət əldə edir və onun nəsli də bu üstünlüyü davam etdirir. Beləliklə, yeni növ meydana gəlir.

Bu ssenari 140 ildir ki, elm adı altında insanların həyatında yer alıb. Ancaq Darvinin bu nəzəriyyəsini daha dərindən nəzərdən keçirdiyimizdə, daha doğrusu canlılardakı dizayn nümunələri ilə müqayisə etdiyimizdə tamamilə fərqli mənzərə ortaya çıxır. Darvinizmin canlı varlıqlar üçün uydurduğu bu nəzəriyyə öz-özlüyündə ziddiyyətli və həll edilməzdir.

İlkin olaraq “təsadüfi dəyişiklik” mövzusundan başlayaq. Darvinin dövründə genetika elmi öyrənilmədiyi üçün bu anlayışa açıq-aydın izahat verilməmişdir. Onun yolunu tutan təkamülçülər isə bu mövzuda “mutasiya” anlayışını ortaya atdılar. Mutasiyalar canlıların genlərində meydana gələn təsadüfi sıçrayışlar, yer dəyişmələr və sürüşmələrdir. Əhəmiyyətli olan isə bu günə qədər heç bir canlının genetikasını inkişaf etdirən mutasiya müşahidə olunmamışdır. Məlum olan mutasiya nümunələrinin demək olar ki, hamısı canlıları şikəst və ya xəstə etmiş, digərləri isə təsirsiz olmuşdur. Dolayısilə canlıların mutasiya yolu ilə inkişaf edə biləcəklərini düşünmək, güllə ataraq əvvəlkilərdən daha sağlam, daha inkişaf etmiş insanlar meydana gələcəyini ümid etmək kimidir. Qısa şəkildə desək, cəfəngiyyatdır.

Ancaq burda daha da vacib bir məqam var. Biz bütün elmi həqiqətləri bir tərəfə qoyaraq, yenə də mutasiyanın hər hansı bir canlıya müsbət xüsusiyyət qazandırdığını düşünək. Bu düşüncə belə darvinizmi xilas edə etməz. Bunun səbəbi isə “sadələşdirilməyən komplekslik” deyilən bir anlayışdır. Mənası belədir: canlılardakı sistem və orqanların çoxu bir çox müstəqil hissələrin birlikdə fəaliyyət göstərməsi ilə öz funksiyalarını yerinə yetirir. Bu hissələrdən yalnız biri olmasa və ya şikəst olsa orqan işləmir.

Məsələn, qulağımızın xaricdən gələn səsi qəbul etməsi, çox sayda kiçik orqanların zəncirvarı reaksiyası nəticəsində mümkün olur. Bunlardan birini, məsələn, orta qulaqdakı çəkic sümüyünü çıxarın ya da quruluşunu pozun, heç bir şey eşidə bilməzsiniz. Qulağınızın eşitməsi üçün xarici qulaq pərdəsi, zindan, çəkic və üzəngi sümükləri, daxili qulaq pərdəsi, ilbiz, ilbiz mayesi, qəbul edici hüceyrələr, bu hüceyrələrin titrəyişini qəbul edən tükcüklər, hüceyrələrdən beyinə gedən sinir toru və beyindəki eşitmə mərkəzi kimi fərqli hissələrin hər birinin əskiksiz olaraq mövcud olması lazımdır. Sistem “mərhələ-mərhələ” inkişaf edə bilməz, çünki ara mərhələlərin heç biri işə yaramayacaqdır.

Məhz “sadələşdirilməyən komplekslik” adlanan bu anlayış Darvinin təkamül nəzəriyyəsini kökündən çürüdür. Ən maraqlısı isə Darvinin özü də buna görə narahatlıq hissi keçirib. “Növlərin mənşəyi” adlı kitabında belə yazmışdır:

“Əgər bir-birini izləyən çox sayda kiçik dəyişikliklə mürəkkəb bir orqanın yaranmasının mümkün olmadığı sübut olunsa nəzəriyyə tamamilə məhvə məhkum olar. Ancaq mən belə bir orqana rast gəlmədim.


D:\HERSEY\HERSEY\MY PICTURES\HAKIKAT-HAYVAN\HAYVAN DETAY\100 HD Animals Wallpapers 1600 X 1200 (www.allwallpapersfree.blogspot.com)\Animals Wallpapers (61).jpg


Darvin 19-cu əsrdə elmin zəif inkişaf etdiyi bir dövrdə belə bir orqan tapmamış və ya tapmaq istəməmiş ola bilər. Ancaq 20-ci əsr elmi canlılar aləmini ən incə detallarına qədər araşdırmış və əslində canlıların bir çoxunun quruluşlarının sadələşdirilməyən komplekslilik xüsusiyyətinə sahib olduğunu göstərmişdir. Buna görə də Darvinin nəzəriyyəsi özünün də dediyi kimi “tamamilə məhv olmuşdur”.


Bu saytda Darvinin nəzəriyyəsini məhvə məruz qoyan canlı sistemlərinin bəzilərini araşdıracağıq. Bu sistemlər bəzən bir quşun qanadlarında, bəzən bir bakteriyanın tükcüyündə, bəzən də bir yarasanın beynində bizim qarşımıza çıxacaq. Bunları araşdırdıqca bir tərəfdən darvinizmin nə dərəcədə böyük yalan olduğunu, digər tərəfdən də bu sistemlərin nə dərəcədə mükəmməl bir elmlə yaradıldığının şahidi olacağıq.

Beləliklə, Allah‘ın qüsursuz yaratmasının dəlillərini görəcəyik. Allah‘ın bu qüsursuz yaratma gücü və sənəti bir Quran ayəsində belə ifadə edilir:

“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allah‘dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.” (Həşr surəsi, 24)

AĞILLI DİZAYN, yəni YARADILIŞ

Saytda tez-tez Allah‘ın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün “dizayn” sözü ilə qarşılaşacaqsınız. Bu sözün hansı məqsədlə istifadə edildiyinin düzgün başa düşülməsi mühüm əhəmiyyətə malikdir. Allah‘ın bütün kainatı qüsursuz dizaynla yaratmış olması, Rəbbimizin əvvəlcə planlaşdırdığı sonra yaratdığı mənasını vermir.

Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allah‘ın yaratmaq üçün dizayn etməyə ehtiyacı yoxdur. Allah‘ın dizayn etməsi və yaratmağı eyni anda olur. Allah bu cür əskikliklərdən uzaqdır. Allah bir şeyin ya da bir işin olmağını istədikdə, onun olmağı üçün yalnız “Ol” deməsi kifayətdir. Ayələrdə bu belə bildirilib:

“Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.” (Yasin surəsi, 82)
“Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar.” (Bəqərə Surəsi, 117)